ABŞ prezidenti Donald Trump Kanadanın Ontario əyalətini ABŞ-ın Michigan ştatı ilə birləşdirəcək körpünün açılışını bloklayacağını bildirib. Trampın sözlərinə görə, bu addım ABŞ “tam kompensasiya” alana və körpünün aktivinin azı yarısına sahib olana qədər davam edəcək. O, bu barədə Truth Social sosial şəbəkəsində yazıb: “Birləşmiş Ştatlar onlara verdiyimiz hər şeyə görə tam kompensasiya almayana və Kanada ABŞ-a layiq olduğumuz ədalət və hörmətlə yanaşmayana qədər bu körpünün açılmasına icazə verməyəcəyəm. Dərhal danışıqlara başlayacağıq.” Tramp hesab edir ki, ABŞ bu körpünün ən azı 50 faizinə sahib olmalıdır. Qeyd olunur ki, körpü Detroit (ABŞ) ilə Windsor (Kanada) şəhərlərini birləşdirəcək. ABŞ Nəqliyyat Nazirliyinin qiymətləndirməsinə görə, layihənin dəyəri 4 milyard dollardan çox olacaq. Körpünün tikintisi Kanada federal hökuməti tərəfindən maliyyələşdirilir. Gözləntilərə əsasən, xərclər körpüdən keçid haqqı hesabına ödəniləcək.
Tramp ABŞ və Kanada arasında körpünün açılışını əngəlləməklə hədələyir
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

