21 
fev
2024
17:52
104

Niderlandda körpü uçdu - Ölənlər var

21 fev, 2024
17:52
104

Niderlandda körpü uçdu - Ölənlər var

Niderlandın Loxem şəhəri yaxınlığında tikintisi davam edən körpünün uçması nəticəsində iki nəfər ölüb, daha iki nəfər yaralanıb.

“Den.az” xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları “X” sosial şəbəkəsində məlumat yayıb.

“Körpünün tikintisi zamanı insident baş verib”, - məlumatda qeyd edilib.

Bildirilib ki, hadisə ilə bağlı araşdırmalar aparılır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar