Donald Tramp İsrailin İranın raket proqramına qarşı mümkün hücumlarına prinsipial razılıq verib.
Bu barədə CBS News məlumatlı mənbələrə istinadən xəbər yayıb.
Məlumata görə, ABŞ prezidentinin Benjamin Netanyahu ilə görüşü 29 dekabrda baş tutub, lakin danışıqların detalları yalnız indi açıqlanıb.
Telekanal bildirir ki, Tramp Vaşinqton və Tehran arasında yeni razılaşma əldə olunmayacağı təqdirdə İsrailin addımlarını dəstəkləyəcəyini bəyan edib.
ABŞ-ın hərbi və kəşfiyyat dairələrində artıq İsrail əməliyyatlarına mümkün dəstək formatı müzakirə olunur. Nəzərdən keçirilən variantlar arasında İsrail təyyarələrinin havada yanacaqla təmin edilməsi, eləcə də potensial marşrut boyunca yerləşən ölkələrin hava məkanından keçid üçün icazələrin verilməsi var.

