İsrailin baş naziri Binyamin Netanyahu ABŞ administrasiyasının rəhbəri Donald Tramp ilə söhbəti zamanı ondan İsrail prezidenti İshak Hersoqdan əfv almaq məsələsində dəstək istəyib. Bu barədə Axios məlumat yayıb.
Materialda qeyd olunur:
“Netanyahu özünün əfv təşəbbüsündə Trampdan ciddi dəstək göstərməsini xahiş edib.”
Hazırda Netanyahu ətrafında gedən hüquqi proseslər fonunda bu iddia İsrail siyasi dairələrində böyük rezonans yaradıb.

