Donald Trampın oğlu Barron Tramp gələcəkdə ABŞ prezidenti olmaq potensialına malikdir.
Bu fikri NEWS.ru-ya politoloq-amerikanist Malek Dudakov səsləndirib.
Onun sözlərinə görə, Barron ailə tərəfindən böyük Tramp siyasi irsinin mümkün varislərindən biri kimi qiymətləndirilə bilər və gələcəkdə siyasi və prezident ambisiyalarına sahib ola bilər.
Ekspert əlavə edib ki, Trampın digər övladları da gələcəkdə yüksək vəzifələrə iddia edə bilər. Donald Tramp Jr. və Ivanka Trump artıq aktiv şəkildə siyasətdə iştirak edirlər.
Dudakovun fikrincə, Tramp ailəsi böyük və siyasi baxımdan fəaldır. O hesab edir ki, Tramp prezident postundan getsə belə, ailə üzvləri ABŞ siyasətinə təsir göstərməyə çalışacaq və hətta seçkilərdə iştirak edə bilərlər.

