Ağ Evin mətbuat katibi Karolin Livittin Fox News-a verdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp bu həftə millətə müraciət edəcək və çıxışında 2025-ci ilin yekunlarını açıqlayacaq. Onun sözlərinə görə, prezident gələn il üçün planlara da toxuna bilər.
Livitt bildirib ki, Tramp ölkəyə müraciətində ilin bütün tarixi nailiyyətlərindən danışacaq və yeni ildə atılacaq siyasi addımların pərdəsini qismən aralaya bilər.

