Birləşmiş Ərəb Əmirlikləri hakimiyyəti İran, İsrail və ABŞ arasında zərbə mübadiləsi fonunda hava məkanını müvəqqəti bağlamaq qərarı qəbul edib. Bu barədə WAM agentliyi məlumat yayıb.
Fevralın 28-də İsrail İrana qarşı preventiv zərbələr endirib. ABŞ Prezidenti Donald Tramp əməliyyatda Amerika hərbçilərinin də iştirak etdiyini təsdiqləyib.
İsrail ordusu İran ərazisindən İsrail istiqamətinə raket buraxılışlarını qeydə aldığını açıqlayıb.
Daha sonra KİV-lər Bəhreyndə partlayışlar baş verdiyini, Qətərdə isə ən azı bir İran raketinin ələ keçirildiyini bildirib.

