Dubayda yerləşən dünyanın ən hündür binası — “Bürc Xəlifə ”-dən insanların təxliyəsinə başlanılıb.
Bu barədə Al Mayadeen telekanalı məlumat yayıb. Təxliyə BƏƏ-də partlayışlar barədə yayılan xəbərlər fonunda həyata keçirilir.
Bu arada ABŞ-ın Əbu-Dabidəki səfirliyi və Dubaydakı Baş Konsulluğu vətəndaşlara sığınacaqlarda qalmaq tövsiyəsi ilə xəbərdarlıq yayıb. Hazırda Dubayda hava həyəcan siqnalı səslənir.
Bundan əvvəl Əbu-Dabidə yaşayış binasına raket qalıqlarının düşməsi nəticəsində bir nəfərin həlak olduğu bildirilmişdi. Əmirliklərdə İran ərazisindən buraxıldığı deyilən bir neçə raketin ələ keçirildiyi də açıqlanıb.

