Hindistanın çoxməqsədli döyüş təyyarəsi Tejas Dubayda aviaşou zamanı qəzaya uğrayıb. Bu barədə NDTV telekanalı məlumat yayıb.
Hadisə iki ildən bir keçirilən və dünyanın ən böyük aviasiya sərgilərindən biri olan Dubai Air Show çərçivəsində, Əl-Məktum Beynəlxalq Hava Limanında Moskva vaxtı ilə 13:10-da baş verib. Pilotun qəzadan əvvəl katapult olub-olmadığı və insident zamanı xəsarət alanların olub-olmadığı əvvəlcə məlum deyildi.
Daha sonra Associated Press xəbər verib ki, pilot həlak olub. Bu məlumatı Hindistan Hərbi Hava Qüvvələrinin komandanlığı təsdiqləyib.

