İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ali dini lider Əli Xameneinin ölümü ilə bağlı bəyanat yayaraq qisas alınacağını bildirib. Bu barədə IRNA agentliyi məlumat yayıb. SEPAH-ın açıqlamasında qeyd olunur ki, “cinayəti törədənlər cəzalandırılacaq” və cavab qəti və sərt olacaq. Qurum həmçinin Xameneinin müəyyən etdiyi siyasi xəttin davam etdiriləcəyini və hücuma görə məsul şəxslərin məsuliyyətə cəlb olunacağını vurğulayıb. SEPAH ölkə vətəndaşlarına müraciət edərək birlik və milli həmrəylik nümayiş etdirməyə çağırıb. Bundan əlavə, Fars agentliyinin məlumatına görə, SEPAH İsrail və Yaxın Şərqdəki ABŞ bazalarına qarşı yönəlmiş “ən böyük hərbi əməliyyata” hazırlaşdığını açıqlayıb. Hücumun yaxın vaxtlarda başlaya biləcəyi bildirilir, lakin detalları açıqlanmayıb. İran Silahlı Qüvvələrinin Baş Qərargahı da bəyanat yayıb. ISNA-nın gətirdiyi mətndə deyilir: “Biz ABŞ-ı igid xalqımızın gücü ilə peşman edəcəyik və bu müdrik liderin yolunu son damla qanımıza qədər davam etdirəcəyik.” İran hökuməti də Xameneinin ölümü ilə bağlı açıqlama verərək hadisənin cavabsız qalmayacağını bəyan edib. Al Jazeera-nın məlumatına görə, hökumət bildirib: “Bu böyük cinayətin əmrini verən və həyata keçirənlər peşman ediləcək. İran bu çətin mərhələni başı dik keçəcək.” İran Prezidenti Məsud Pezeşkian da hadisəni “cinayət” adlandırıb və bunun islam dünyasının tarixində yeni səhifə açacağını qeyd edib.
Tehran Xameneinin ölümünə görə qisas elan etdi: genişmiqyaslı əməliyyat hazırlanır
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

