Qətər Daxili İşlər Nazirliyi Dohada ABŞ səfirliyi yaxınlığında yaşayanların təxliyə edildiyini açıqlayıb.
Bu barədə nazirliyin xüsusi bəyanatında bildirilib.
Məlumata görə, Dohada ABŞ səfirliyi ətrafında yerləşən yaşayış evlərinin sakinləri təhlükəsizlik məqsədilə təxliyə olunub. Qərarın profilaktik tədbir kimi qəbul edildiyi vurğulanıb.
Bildirilib ki, təxliyə edilən şəxslər üçün alternativ yaşayış yerləri təmin olunub.
Qeyd edək ki, bundan əvvəl ABŞ-ın İrana qarşı hərbi əməliyyatları fonunda və regionda bir çox hava limanlarının fəaliyyətinin məhdudlaşdırılması səbəbilə ABŞ Yaxın Şərq ölkələrindən öz vətəndaşlarını aktiv şəkildə təxliyə etməyə başlayıb.

