ABŞ və İsrailin 28 fevralda İrana qarşı hərbi əməliyyata başlamasından sonra Azərbaycan sərhədi vasitəsilə 1 873 nəfər təxliyə edilib.
Məlumata görə, təxliyə olunanlar 67 müxtəlif ölkənin vətəndaşlarıdır.
Ən çox təxliyə edilənlər arasında Çin vətəndaşları (529 nəfər), Rusiya vətəndaşları (282 nəfər), Tacikistan vətəndaşları (173 nəfər) və Pakistan vətəndaşları (123 nəfər) üstünlük təşkil edir.
Bundan əlavə, 28 fevral – 8 mart tarixləri arasında 309 Azərbaycan vətəndaşı da ölkəyə qayıdıb.

