BƏƏ-nin hava hücumundan müdafiə sistemləri altı ballistik raket və 125 dronu vurub.
Bu barədə The National nəşri məlumat yayıb.
Bildirilib ki, hücum zamanı daha bir raket və altı pilotsuz uçuş aparatı BƏƏ ərazisinə düşüb.
Hücumun dəf edilməsi zamanı Əbu-Dabidə altı nəfər yaralanıb. Onlar sənaye zonasına düşən qalıqlar nəticəsində xəsarət alıblar.
Qəzetin məlumatına görə, Yaxın Şərqdə münaqişə başlayandan bəri İran BƏƏ-yə 196 ballistik raket və 1072 dron buraxıb, onların böyük əksəriyyəti hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib. Hərbçilər həmçinin səkkiz qanadlı raketi məhv edib.
Nəşr əlavə edir ki, cümə axşamı Qətərin hava hücumundan müdafiə bölmələri də raket hücumunu dəf edib, Doha səmasında partlayış səsləri eşidilib.

