Türkiyə Müdafiə Nazirliyi İran ərazisindən buraxılan ballistik raketin məhv edildiyini açıqlayıb.
Məlumata görə, raket Şərqi Aralıq dənizi bölgəsində yerləşdirilmiş NATO-nun hava və raketdən müdafiə bölmələri tərəfindən zərərsizləşdirilib.
Nazirliyin açıqlamasında bildirilib ki, İran ərazisindən buraxıldığı müəyyən edilən ballistik sursat əvvəlcə İraq və Suriya hava məkanından keçərək Türkiyə hava məkanına doğru istiqamət alıb.
Qeyd olunub ki, raket hava və raketdən müdafiə sistemləri tərəfindən neytrallaşdırılıb.

