ABŞ prezidenti Donald Tramp İranın ali dini liderinin varisinin müəyyənləşdirilməsi prosesində şəxsən iştirak etmək niyyətindədir. O, Axios nəşrinə müsahibəsində İran ali lideri Əli Xameneinin oğlu Müctəba Xamenei barədə sərt ifadələr işlədib.
“Onlar vaxt itirirlər. Xameneinin oğlu heç kimdir. Venesuelada Delsi Rodriguez məsələsində olduğu kimi, mən də bu təyinat prosesində iştirak etməliyəm”, — deyə Tramp bildirib.

