88 ilahiyyatçıdan ibarət Ekspertlər Şurası martın 4-nə keçən gecə Müctəba Xameneini İranın yeni ali lideri (rahbar) seçib. O, mərhum
Əli Xameneinin ikinci oğludur.
Müctəba Xamenei 1969-cu ildə İranın Məşhəd şəhərində anadan olub. Bu şəhər Xorasan-Rəzəvi vilayətinin ikinci ən böyük şəhərlərindən biridir.
Orta məktəbi bitirdikdən sonra teologiya üzrə təhsil almağa başlayıb. Onun ilk müəllimləri arasında ayətullah Seyid Mahmud Haşimi Şahrudi və Əli Xamenei olub.
Dini təhsili
1999-cu ildə o, dini təhsilini davam etdirmək üçün şiələr üçün müqəddəs şəhər olan Quma gedib. Təhsilini başa vurduqdan sonra din xadimi kimi fəaliyyət göstərməyə başlayıb.
Qum şəhərində onun müəllimləri arasında Mesbah Yəzdi, ayətullah Lütfollah Safi Golpayegani və Mohammad Baqer Hazari kimi tanınmış ilahiyyatçılar olub.
Təyinatla bağlı iddialar
Xarici media mənbələrinin məlumatına görə, Müctəba Xameneinin ali lider seçilməsi qərarı İslam İnqilabı Keşikçiləri Korpusunun təzyiqi ilə qəbul olunub.

