İstanbulda narkotiklərlə bağlı aparılan istintaq çərçivəsində altı nəfər saxlanılıb. Saxlanılanlar arasında tanınmış aktyor Oktay Kaynarca və aktrisa Emel Müftüoğlu da var.
İstanbul Baş Prokurorluğunun yaydığı məlumata görə, şübhəlilər narkotik və stimullaşdırıcı maddələrin saxlanılması, fahişəliyə təşviq, eləcə də qumar oyunları üçün məkanların təmin edilməsi maddələri üzrə istintaqa cəlb olunublar.
Hüquq-mühafizə orqanları əməliyyat zamanı əldə olunan sübutları araşdırır, saxlanılan şəxslərin iş üzrə rolunun dəqiqləşdirilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.
Rəsmi qurumlar hazırda əlavə detalları açıqlamır. İstintaqın nəticələrinə əsasən hüquqi qiymət veriləcəyi bildirilib.

