Türkiyədə məhkəmə məşhur aktrisa Hande Erçel barəsində həbs orderi verib. Bu barədə Sabah qəzeti məlumat yayıb.
Məlumata görə, “Sen Çal Kapımı” serialı ilə tanınan aktrisa narkotik işi üzrə istintaqda şübhəli şəxs kimi keçir.
İstanbul Prokurorluğu bildirib ki, martın 24-də qadağan olunmuş maddələrin istifadəsi ilə bağlı 14 nəfər saxlanılıb, daha 2 nəfər isə axtarışdadır.
Axtarışda olan şəxslərdən biri də hazırda ölkə xaricində olduğu bildirilən Hande Erçeldir.

