ABŞ prezidenti Donald Tramp NATO ölkələrinin İranla bağlı mövqeyini yenidən kəskin tənqid edib.
O, Truth Social platformasında paylaşım edərək bildirib ki, alyans ölkələri İsrail və ABŞ-ın İrana qarşı əməliyyatında heç bir real dəstək göstərməyib.
“NATO ölkələri bizə kömək etmək üçün heç nə etmədi — artıq böyük hərbi itkilər verən bu dəli ölkəyə qarşı mübarizədə.”
Tramp əlavə edib ki, ABŞ-ın NATO-dan heç nəyə ehtiyacı yoxdur, lakin baş verənləri unutmayacaqlar.
Bundan əvvəl o, NATO-nu “kağız pələng” adlandırmışdı — bu ifadə zahirən güclü görünüb əslində zəif olan tərəflərə qarşı işlədilir.
ABŞ lideri həmçinin qeyd edib ki, alyans ölkələri yalnız neft qiymətlərinin artmasından şikayət edir, lakin Hörmüz boğazının açılması kimi konkret addımlar atmağa hazır deyillər.

