Finlandiya Prezidenti Aleksandr Stubb ABŞ Prezidenti Donald Trampın NATO ilə bağlı səsləndirdiyi xəbərdarlığa ciddi yanaşmağa çağırıb. Bu barədə Bloomberg agentliyi məlumat yayıb. Stubb bildirib ki, ABŞ prezidentinin açıqlamaları diqqətlə qiymətləndirilməlidir, çünki Vaşinqtonun mövqeyi alyans üçün mühüm əhəmiyyət daşıyır. “Biz, əlbəttə ki, ABŞ prezidentinin dediyi hər şeyə ciddi yanaşmalıyıq.” Finlandiya lideri əlavə edib ki, ABŞ-a kömək etmək imkanına və istəyinə malik olan ölkələr bunu etməli və edəcəklər. Eyni zamanda o xatırladıb ki, NATO müdafiə xarakterli alyansdır və hərbi hücumlar həyata keçirmək üçün yaradılmayıb. Bundan əvvəl Donald Tramp Financial Times qəzetinə müsahibəsində bildirib ki, əgər ABŞ müttəfiqləri Hörmüz boğazının açılmasına kömək etməsələr, NATO-nu “çox pis gələcək” gözləyir.
NATO-nu “pis gələcək” gözləyir - Trampın sözləri narahatlıq yaratdı
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

