Donald Tramp ərəb ölkələrini İrana qarşı hərbi əməliyyata qoşulmağa çağırdı ABŞ Prezidenti Donald Tramp bildirib ki, ərəb ölkələri ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyata qoşulmalıdır. O, bu barədə İsrailin C14 televiziya kanalına verdiyi müsahibədə danışıb. Donald Trampın sözlərinə görə, region ölkələri Hörmüz boğazının açıq qalması üçün bu addımı atmalıdır. ABŞ lideri əlavə edib ki, neftin bu marşrut vasitəsilə daşınmasında maraqlı olan dövlətlər İranın fəaliyyətinə qarşı mübarizədə daha fəal iştirak etməlidirlər.
Tramp ərəb ölkələrinin İrana qarşı əməliyyata qoşulmasını tələb etdi
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

