Yaxın Şərqdə gərginlik sadəcə regional qarşıdurma deyil — bu, daha böyük bir güc balansının sarsılması kimi qiymətləndirilir. Cənub-Şərqi Norveç Universitetinin professoru Qlenn Dizən bu münaqişənin ABŞ üçün ciddi və uzunmüddətli nəticələr doğura biləcəyini bildirib.
“Ən pis halda bu, bütün ABŞ imperiyasının süqutuna səbəb ola bilər. Görünür, iranlılar da məhz buna nail olmağa çalışır.”
Müharibə gözlənildiyi kimi getmir
Professorun sözlərinə görə, ABŞ-ın keçmiş prezidenti Donald Trampın təsəvvür etdiyi kimi bu, qısa və asan bir “həftəsonu müharibəsi” deyil. Əksinə, hadisələr daha mürəkkəb və nəzarətdən çıxma potensialı daşıyır.
Dizən vurğulayır ki, müharibə indi bitsə belə, onun nəticələri illərlə davam edəcək və ABŞ üçün “kolossal” səviyyədə olacaq.
Məsələ artıq təkcə hərbi qarşıdurma deyil. Söhbət qlobal gücün zəifləməsi və hegemoniyanın sarsılmasından gedir. Ekspertin fikrincə, Yaxın Şərqdə baş verənlər ABŞ üçün strateji dönüş nöqtəsinə çevrilə bilər.

