ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Şimali Atlantika Alyansındakı iştirakını yenidən nəzərdən keçirə biləcəyini bəyan edib.
Onun sözlərinə görə, ABŞ müttəfiqlərinin müdafiəsi üçün hər il yüz milyardlarla dollar xərcləyir, lakin hazırkı vəziyyətdə bu dəstəyin davamı sual altına düşə bilər.
Mayamidə çıxış edən Tramp NATO üzrə tərəfdaş ölkələrin davranışından narazı olduğunu açıq şəkildə ifadə edib. Xüsusilə, Avropa ölkələrinin İranla gərginlik fonunda Yaxın Şərqə hərbi gəmilər göndərməkdən imtina etməsi onun ciddi narazılığına səbəb olub.
“Biz NATO-ya hər il yüz milyardlarla dollar xərcləyirik, onların müdafiəsi üçün. Həmişə onların yanında olmuşuq, amma indi, onların davranışına baxanda düşünürəm ki, bəlkə də bizim onların yanında olmağımız vacib deyil, elə deyilmi?”
Məlumata görə, Almaniya Trampın çağırışını rədd edib, Avropa diplomatiyasının rəhbəri Kaya Kallas isə Aİ ölkələrinin belə addımlara hazır olmadığını bildirib.

