ABŞ Prezidenti Donald Tramp NATO-nu Hörmüz boğazı ilə bağlı yardım göstərmədiyi təqdirdə ağır nəticələr barədə xəbərdar edib. Bu barədə Financial Times məlumat yayıb.
Məlumata görə, ABŞ lideri bildirib ki, Şimali Atlantika Alyansı bu məsələdə iştirakdan imtina edərsə, bu qərarın NATO üçün ciddi nəticələri ola bilər.
Donald Tramp qeyd edib ki, müttəfiqlərdən müsbət cavab gəlməməsi Alyansın gələcəyinə mənfi təsir göstərə bilər. Onun sözlərinə görə, Vaşinqton Hörmüz boğazında həyata keçirilən təşəbbüslərə qoşulmaq çağırışına NATO üzv dövlətlərinin reaksiyasını gözləyir.
ABŞ Prezidenti daha əvvəl də bildirib ki, ABŞ dünyada ən böyük neft istehsalçılarından biridir və buna görə də yüksək neft qiymətlərindən qazanc əldə edir. Bununla yanaşı, o vurğulayıb ki, hazırda İran məsələsi onun üçün enerji resurslarının qiymətlərindən daha önəmlidir.

