İsraildə terrorçular üçün ölüm cəzasını nəzərdə tutan qanun qüvvəyə minib. Bu barədə Kan agentliyi məlumat yayıb.
Bildirilir ki, cəza dini mənsubiyyətindən asılı olmayaraq bütün radikal şəxslərə şamil olunacaq.
Qanuna əsasən, məhkəmə qərarından sonra hökmün icrası 90 gün ərzində həyata keçirilməlidir və edam asma yolu ilə icra olunacaq.
Məlumata görə, Knesset qanunu təsdiqləyib və ölüm cəzası yəhudi terrorçulara da tətbiq ediləcək.
Bundan əlavə, məhkumlar xüsusi izolyatorlarda saxlanılacaq, vəkillərlə görüş isə videobağlantı vasitəsilə həyata keçiriləcək.

