İranda etiraz aksiyalarının iştirakçısına qarşı ilk edamın hazırlanması barədə məlumat yayılıb. 26 yaşlı Erfən Soltani Kərəc yaxınlığındakı Fərdis şəhərində baş verən üsyan zamanı saxlanılıb və ölüm cəzasına məhkum edilib. Euronews hüquq müdafiəçilərinə istinadən xəbər verir ki, onun edamı artıq bu gün həyata keçirilə bilər.
Məlumata görə, Soltani yanvarın əvvəlində həbs olunub. Ona ölüm cəzası nəzərdə tutan “Allaha qarşı düşmənçilik” maddəsi ilə ittiham irəli sürülüb.

