ABŞ Prezidenti Donald Tramp Roma Papası Leo XIV-ü tənqid edərək bildirib ki, Katolik Kilsəsinin rəhbəri “cinayətkarlıqla mübarizədə zəifdir və xarici siyasətdə uğursuzdur”. ABŞ lideri bu fikirləri Truth Social platformasında paylaşıb.
Tramp yazıb ki, pontifikin İran və Venesuela ilə bağlı mövqeyi ilə razı deyil. Onun sözlərinə görə, “İranın nüvə silahına malik olmasını qəbul edən Papa istəmir” və ABŞ-ın Venesuela ilə bağlı addımlarını tənqid edən yanaşmanı qəbul etmir. O həmçinin ABŞ administrasiyasına yönələn tənqidləri də qəbuledilməz saydığını bildirib.
Prezident əlavə edib ki, onun fikrincə, Leo XIV Ağ Evdə baş verən hadisələr olmasaydı, bu vəzifəyə gəlməzdi. Trump pontifiki “radikal sol qüvvələrə güzəştə getməyi dayandırmağa” və kilsə rəhbəri kimi vəzifələrinə diqqət yetirməyə çağırıb.
Daha əvvəl Roma Papası ABŞ-ın İranla bağlı siyasətini tənqid etmişdi. O, xüsusilə ABŞ liderinin İran sivilizasiyasını məhv etməklə bağlı təhdidlərini qəbuledilməz adlandırmışdı. Aprelin 5-də Qərb xristianlarının Pasxa bayramı münasibətilə etdiyi müraciətdə pontifik dünya liderlərini gərginliyin artırılmasından çəkinməyə və dialoqa üstünlük verməyə çağırmışdı.

