Nyu-Yorkun sabiq meri Rudi Culiani kritik, lakin stabil vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Bu barədə bazar günü onun mətbuat katibi Ted Qudman məlumat verib.
Culiani həyatında bütün sınaqlarla sarsılmaz güclə üzləşmiş döyüşçüdür və o, indi də eyni güclə mübarizə aparır, Qudman X sosial şəbəkəsində yazıb.
ABŞ Prezidenti Donald Tramp da onun keçmiş hüquqşünası və müşaviri olan Culianinin hospitalizasiya edildiyini bildirib.
Bizim möhtəşəm Rudi Culiani, əsl döyüşçü və şübhəsiz ki, Nyu-York tarixinin ən yaxşı meri xəstəxanaya yerləşdirilib və kritik vəziyyətdədir, Tramp Truth Social sosial şəbəkəsində yazıb.
81 yaşlı Culianinin xəstəxanaya yerləşdirilməsinin birbaşa səbəbi açıqlanmır.

