ABŞ prezidenti Donald Tramp New York Times qəzetini ölkənin milli təhlükəsizliyinə təhdid adlandırıb. O, bununla bağlı açıqlamanı Truth Social sosial şəbəkəsində paylaşıb.
“Uğursuzluğa düçar olan New York Times və onların yalanları, qəsdən təhrifləri ölkəmizin milli təhlükəsizliyi üçün ciddi təhdid yaradır”, — deyə Tramp yazıb.
Ağ Ev rəhbəri çıxışında nəşri həmçinin “radikal sol dəlilikdə” ittiham edib və ABŞ mediasına yönəlmiş tənqidlərini davam etdirib.

