Pakistanın şimal-qərbində yerləşən Bannu şəhərində polis bölməsinin yaxınlığında avtomobil partlayıb.
Bu barədə Reuters agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, partlayışdan sonra hadisə yerində ehtimal olunan hücumçu ilə atışma baş verib.
Hadisə nəticəsində üç polis əməkdaşı yaralanıb.
Onlar tibbi yardım göstərilməsi üçün xəstəxanaya çatdırılıblar.
Bundan əlavə, daha 12 nəfər həyatını itirib.

