ABŞ-ın keçmiş prezidenti Co Baydenin oğlu Hanter Bayden jurnalist Kendis Ouenslə müsahibəsində narkotik asılılığı olduğunu etiraf edib.
Müsahibənin görüntüləri YouTube platformasında yayımlanıb.
Hanter Bayden bildirib ki, əvvəllər ağır narkotik asılılığından əziyyət çəkib. Bununla belə, o, 2019-cu ildən bəri qadağan olunmuş maddələrdən istifadə etmədiyini deyib.
Mən narkotik aludəçisi idim. Mən tamamilə tənəzzülə uğramış narkotik aludəçisi idim,— deyə Baydenin oğlu bildirib.
Qeyd olunur ki, Hanter Bayden ABŞ tarixində atasının prezidentliyi dövründə barəsində cinayət ittihamı irəli sürülən ilk prezident övladı olub.
O, Kaliforniyada vergiləri ödəməməkdə ittiham edilirdi.

