ABŞ Prezidenti Donald Tramp İran İslam Respublikası ilə aparılan müzakirələrin gedişini müsbət qiymətləndirib.
“İran İslam Respublikası ilə danışıqlar əla gedir! Bu, ya hamı üçün möhtəşəm saziş olacaq, ya da ümumiyyətlə heç bir saziş olmayacaq — döyüş meydanına və atəşə qayıdış olacaq, həm də əvvəlkindən daha böyük və daha güclü formada. Bunu isə heç kim istəmir!” — deyə o, bazar ertəsi Truth Social sosial şəbəkəsində yazıb.
Tramp bundan əvvəl də İranla tarixi miqyaslı saziş imzalamaq niyyətində olduğunu və bundan daha azına razı olmayacağını bildirmişdi. Onun sözlərinə görə, Vaşinqton üçün sərfəsiz sazişin Tehranla bağlanmasına imkan verməyəcək.

