ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla nüvə məsələsində 2015-ci ildə Barak Obamanın əldə etdiyi razılaşmadan daha məqbul sazişə nail ola biləcəyinə əmindir.
“Barak Hüseyn Obama və onun administrasiyasının qeyri-peşəkar əməkdaşları tərəfindən bağlanan İran nüvə sazişi ölkəmizin tarixində ən pis razılaşma idi. Həmin saziş İrana nüvə silahı yaratmaq imkanı verirdi”, — deyə o, bazar günü Truth Social sosial şəbəkəsində yazıb.
Trampın sözlərinə görə, hazırda danışıqları aparılan saziş “tamamilə fərqlidir” və əvvəlki razılaşmanın “tam əksidir”.
ABŞ Prezidenti bir daha qeyd edib ki, onun məqsədi İranın nüvə silahına malik olmayacağına zəmanət verməkdir.

