ABŞ prezidenti Donald Tramp bildirib ki, onun addımlarından sonra İran artıq Vaşinqtona istehza etməyəcək.
O, bu barədə Truth Social sosial şəbəkəsində yazıb.
47 il ərzində iranlılar indi yenidən böyük olmuş ölkəmizə gülürdülər. Artıq onlar gülməyəcəklər, — deyə Donald Tramp qeyd edib.
Bundan əvvəl İRNA agentliyi mənbələrə istinadən yazmışdı ki, İran münaqişənin nizamlanması ilə bağlı ABŞ təkliflərinə cavabı pakistanlı vasitəçilər vasitəsilə göndərib.
Məlumata görə, İran sənədində danışıqların hazırkı mərhələsinin yalnız bölgədə hərbi əməliyyatların dayandırılmasına yönəldiyi vurğulanıb.

