Macarıstanın Baş naziri Peter Madyar bazar ertəsi ölkə prezidentini vəzifədən uzaqlaşdırmaq üçün konstitusiyaya dəyişiklik təklif etmək niyyətində olduğunu bildirib.
Bu barədə Bloomberg agentliyi məlumat yayıb.
Madyar bu açıqlamanı Prezident Tamaş Şuyok ilə görüşdən sonra verib. Qeyd olunur ki, 31 mayda Madyarın dövlət başçısına istefa verməsi üçün müəyyən etdiyi son müddət başa çatıb.
Baş nazir bildirib ki, hökumətinin prezidentin istefasına nail olmaq üçün necə hərəkət edəcəyi barədə parlament üzvlərini məlumatlandıracaq.
Öz növbəsində Şuyok könüllü şəkildə istefa vermək ehtimalını yenidən istisna edib.
Xatırladaq ki, seçkilərdə qələbədən sonra Madyar Macarıstan Prezidenti və bir sıra yüksəkvəzifəli məmurların 31 maya qədər istefa verməli olduğunu bildirmişdi.

