Macarıstanın keçmiş Baş naziri Viktor Orban işdən çıxma müavinəti almayacaq. Bunu ölkənin yeni Baş naziri Peter Madyar bildirib.
Onun sosial şəbəkədə yazdığına görə, söhbət əvvəl qəbul edilmiş qanunla nəzərdə tutulan 100 min avrodan çox məbləğdə ödənişdən gedir.
Madyar vurğulayıb ki, ödənişlərlə bağlı qərara yenidən baxılıb və həmin vəsait ödənilməyəcək. O, həmçinin Orbanı hakimiyyəti dövründə baş verən sui-istifadələrə görə məsul hesab etdiyini bildirib.
Bundan əlavə, Baş nazir əvvəlki hökuməti korrupsiya və qanun pozuntularında ittiham edib. Onun sözlərinə görə, bu məsələlər seçkilərdə qələbəsindən sonra siyasi proqramının əsas hissəsinə çevrilib.
Viktor Orban Macarıstanın Baş naziri vəzifəsini mayın 9-da tərk edib. Ondan sonra ölkə hökumətinə “Tisa” partiyasının lideri Peter Madyar rəhbərlik etməyə başlayıb.

