Şimali Atlantika Alyansı uzun müddət “kağız pələng” və “birtərəfli hərəkət küçəsi” kimi qalıb, lakin bunun sonu çatır. Bunu ABŞ müdafiə naziri Pit Heqset NATO ölkələrinin müdafiə nazirlərinin görüşündə bildirib.
Onun sözlərini TASS yayıb.
Heqsetin sözlərinə görə, müttəfiqlər daha fəal olmalı və üzərlərinə düşən məsuliyyəti artırmalıdırlar. O qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp illərdir bu zərurəti açıq şəkildə vurğulayır.
“Müttəfiqlərimiz fəallaşmalıdır. Prezident Donald Tramp bunu uzun illərdir çox aydın şəkildə deyir. NATO çox uzun müddət kağız pələng və birtərəfli hərəkət küçəsi olub. Artıq belə olmayacaq”, — Pentaqon rəhbəri bildirib.

