İyunun 6-dan bəri ilk dəfə Günəşdə M sinfinə aid güclü alışma qeydə alınıb. Bu barədə TASS-a Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.
Bildirilib ki, 20 iyun saat 04:51-də Moskva vaxtı ilə — Bakı vaxtı ilə saat 05:51-də — rentgen diapazonunda 4472 nömrəli Günəş ləkələri qrupunda M1.3 sinifli alışma baş verib.
Alışmanın 38 dəqiqə davam etdiyi qeyd olunub.
Məlumata görə, bundan əvvəl sonuncu dəfə M sinifli Günəş alışması iyunun 6-da qeydə alınmışdı.

