Boliviyanın keçmiş prezidenti Evo Morales ölkənin yeni hakimiyyətinin neoliberal kursunun və etirazların yatırılmasının respublikada vətəndaş müharibəsinə səbəb ola biləcəyini bildirib.
Bu barədə Morales AFP agentliyinə açıqlamasında danışıb.
Keçmiş dövlət başçısı xüsusilə Çapare tropik bölgəsində mümkün güc əməliyyatını tənqid edib.
Morales bildirib ki, təhlükəsizlik qüvvələrinin bölgəyə müdaxiləsi üçün heç bir əsas yoxdur. Onun sözlərinə görə, yerli sakinlər belə bir müdaxiləyə müqavimət göstərə bilərlər.
Siyasətçi qeyd edib ki, hökumət mövcud iqtisadi problemləri həll etməsə, etirazlar davam edəcək.
Morales, həmçinin ölkədə yeni seçkilərin keçirilməsinə çağırıb.

