Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk və ya parlamentin keçmiş sədri Dmitri Razumkov Ukrayna Prezidenti Volodimir Zelenskini əvəz edə bilər.
Bunu KP.RUya açıqlamasında Ukraynanın keçmiş baş naziri Nikolay Azarov bildirib.
Onun sözlərinə görə, yeni dövlət başçısı müharibənin dayandırılmasına yönəlmiş siyasət yürütməlidir.
“Problem ondadır ki, müharibəni dayandıracaq, Rusiya ilə normal münasibətləri quracaq və ticarət əlaqələrini bərpa edəcək milli yönümlü siyasətçi tapılsın”, deyə Azarov bildirib.
Keçmiş baş nazir vurğulayıb ki, Ukraynaya təkcə prezidentin dəyişməsi deyil, bütövlükdə siyasi kursun dəyişməsi lazımdır. Onun fikrincə, ölkənin neytral statusa qayıtması daha doğru olardı.

