"İranda etirazlar davam edərkən, ABŞ Prezidenti Donald Trampın “Atəş açmağa hazırıq” təhdidi Tehran rəhbərliyini ciddi narahat edib".
DenMedia.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
“Tehran rəhbərliyi küçələrdəki etirazların vətəndaş müharibəsinə çevriləcəyi qorxusu ilə interneti tamamilə kəsib. Məqsəd xalqın reallığı görməsinin qarşısını almaqdır.
İnformasiya və Kommunikasiya Texnologiyaları naziri Səttar Həşimi jurnalistlərə bildirib ki, İran bazar günü yaxın tarixdə baş vermiş ən böyük kiberhücumlardan birini dəf edib və bu, internetin məhdudlaşmasına səbəb ola bilər”, – deyə əlavə olunub.
Qeyd edək ki, İranda milli valyutanın xarici valyutalara qarşı ciddi dəyər itirməsi və iqtisadi problemlər səbəbindən başlayan etirazlar günlərlə davam edir.(Globalinfo.az)

