Amerikalı maliyyəçi Corc Soros ABŞ-da keçiriləcək aralıq seçkilər ərəfəsində seçki kampaniyalarına 100 milyon dollardan çox, yəni təxminən 170 milyon manat vəsait yönəldib. Bu barədə New York Post qəzeti Federal Seçki Komissiyasının (FEC) məlumatlarına istinadən yazıb.
Nəşrin məlumatına görə, Sorosun hazırkı seçki dövrü çərçivəsində ümumi ianələrinin həcmi 102,8 milyon dollar, yəni təxminən 174,76 milyon manat təşkil edib.
Qeyd olunur ki, Soros ABŞ Demokratlar Partiyası ilə əlaqəli ən böyük donorlar arasında qalır. Jurnalistlərin yazdığına görə, maliyyəçi partiyanın daha sol siyasi mövqelərə yönəlməsində mühüm rol oynayıb.
Corc Soros siyasi və ictimai fəaliyyəti səbəbindən dəfələrlə ictimai müzakirələrin mərkəzində olub. Bir sıra ölkələrdə onun fondları daxili proseslərə müdaxilədə və hakimiyyət dəyişikliyini dəstəkləməkdə ittiham edilib.
Maliyyəçi daha əvvəl vəsaitlərinin, xüsusilə, 2004-cü ildə Ukraynada “narıncı inqilab”ın və 2013-cü ildə “Avromaydan”ın keçirilməsinə kömək etdiyini bildirmişdi.

