Milyarder Corc Sorosun oğlu Aleksandr Soros Nyu-Yorkun yeni seçilmiş meri Zöhran Mamdanini qələbə münasibətilə təbrik edib.
DenMedia.az xəbər verir ki, o, bunu X sosial şəbəkəsində paylaşdığı mesajla bildirib.
“Nyu-York sakini olmaqdan qürur duyuram. Amerika arzusu davam edir!” — deyə Soros yazıb.
4 noyabrda Nyu-Yorkda keçirilən bələdiyyə seçkilərində müsəlman siyasətçi Zöhran Mamdani qalib gəlib. O, vəzifəsinə 1 yanvar 2026-cı ildə başlayacaq.
Mamdani “yaşayış xərcləri böhranı ilə mübarizə” aparmağı qarşısına məqsəd qoyub və ABŞ prezidenti Donald Tramp ilə açıq qarşıdurması ilə tanınır. Ağ Evin rəhbəri onu deportasiya etməklə və hətta şəhəri ələ keçirməklə hədələyib.
Tənqidçilər isə iddia edir ki, Mamdani Nyu-Yorku “cihadçıların hökm sürdüyü müsəlman cənnətinə” çevirmək istəyir.

