Amerikalı sahibkar və milyarder İlon Mask maliyyəçi Corc Sorosu Marvel kainatının antiqəhrəmanlarından biri olan Maqneto ilə müqayisə edib. Mask Sorosun oğlunu isə “kiçik Maqneto” adlandırıb.
Corc Soros müxtəlif fondlar şəbəkəsinin qurucusu kimi tanınır. Bu fondların fəaliyyəti bir sıra ölkələrdə tənqid olunub və daxili proseslərə təsir göstərməkdə ittiham edilib.
Məlumata görə, Soros daha əvvəl vəsaitlərinin 2004-cü ildə Ukraynada “narıncı inqilab” və 2013-cü ildə “Avromaydan” hadisələri zamanı istifadə edildiyini inkar etməyib.
Bundan başqa, Sorosun fəaliyyəti maliyyə spekulyasiyaları ilə bağlı da tənqid olunub. Kütləvi informasiya vasitələrində onun adı tez-tez ABŞ Demokratlar Partiyası ilə əlaqələndirilir.
Mask aprel ayında sosial şəbəkə hesabında Macarıstanda keçirilən parlament seçkilərinin nəticələrini də şərh etmişdi. Onun fikrincə, müxalif “Tisa” partiyasının qələbəsi ölkədə hakimiyyətin Corc Sorosun təşkilatının nəzarətinə keçməsi anlamına gəlirdi.

