ABŞ Prezidenti Donald Tramp Avropanın miqrasiya siyasətini sərt tənqid edib.
Tramp sosial şəbəkə hesabında yazıb ki, Avropa “üçüncü dünya ölkələrindən gələn cinayətkarları” qəbul etdikcə özü də “üçüncü dünya ölkəsinə” çevrilmək riski ilə üzləşir.
Onun sözlərinə görə, bu proses sürətlə baş verir və Avropa artıq bunun nəticələrini anlamağa başlayıb.
“Bu, çox sürətlə, bir anda baş verir. Mən tam vaxtında seçildim”, — deyə Tramp bildirib.
Tramp daha əvvəl də Avropa ölkələrinin miqrasiya və enerji siyasətini tənqid etmiş, bu sahələrdə “hər şeyi yanlış etdiklərini” demişdi.

