Misirdə keçirilən Qəzza sammitində maraqlı an yaşanıb. Fransa prezidenti Emmanuel Makron ABŞ prezidenti Donald Trampla əl sıxarkən qorxu dolu ifadə ilə kameralara tuş gəlib.
DenMedia.az xəbər verir ki, amerikalı jurnalist Nik Sortor sosial şəbəkə X-də paylaştığı fotoları belə şərh edib:
“Fransa prezidenti Makron qorxmuş görünür, Tramp onunla elə sərt əl sıxır ki, az qala əlini qoparır,” — deyə Sortor yazıb.
Jurnalist əlavə edib ki, Tramp həmişə Avropa liderlərinə qarşı üstün mövqe nümayiş etdirir və bu jest də onun “dominant diplomatiyasının” növbəti nümunəsidir.