Yaxın iki gün ərzində Günəşdə aktivliyin aşağı və orta səviyyədə olacağı, lakin ən yüksək X sinfinə aid partlayışların baş verə biləcəyi proqnozlaşdırılır.
Bu barədə Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.
“İyulun 7-8-də Günəş aktivliyinin aşağıdan orta səviyyəyədək olacağı gözlənilir. X sinfinə aid partlayışlar mümkündür”, - deyə açıqlamada bildirilib.
Qeyd edək ki, Günəş partlayışları rentgen şüalanmasının gücünə görə A, B, C, M və X siniflərinə bölünür. Ən zəif səviyyə A0.0 hesab olunur. Növbəti hər sinfə keçiddə şüalanmanın gücü 10 dəfə artır.
Belə partlayışlar Günəş plazmasının atılması ilə müşayiət oluna bilər. Plazma buludları Yerə çatdıqda maqnit qasırğalarına səbəb ola bilər.

