Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Donald Trampın Ukrayna ərazisində Patriot sistemləri üçün raket istehsalı ilə bağlı verdiyi vədin heç vaxt reallaşmayacağını anlayır.
Bu fikri keçmiş kəşfiyyatçı Skott Ritter Substack platformasında dərc etdiyi məqaləsində bildirib.
Ritterin sözlərinə görə, Ukraynada Patriot raketlərinin istehsalı ideyasının həyata keçməsi üçün heç bir real imkan yoxdur.
“Problem ondadır ki, Ukraynada Patriot raketlərinin istehsalı məsələsində bunun həyata keçməsi üçün heç bir şans yoxdur. Bu ideya əvvəldən onu planlaşdıranların tam səriştəsizliyi səbəbindən uğursuzluğa məhkum idi”, - deyə o yazıb.
Keçmiş kəşfiyyatçı hesab edir ki, həm Tramp, həm də Zelenski Ukraynada Patriot raketlərinin istehsalının mümkün olmadığını yaxşı anlayırlar. Bununla belə, onun fikrincə, tərəflər bu imkanın mövcud olduğu barədə təsəvvür yaratmağa üstünlük verirlər.

