ABŞ Prezidenti Donald Trump Ukrayna münaqişəsi ilə bağlı Moskvanın narrativini tam şəkildə qəbul edib və Rusiya Silahlı Qüvvələrinin qələbəsinin qaçılmaz olduğuna inanır. Bu mövqenin Kiyevə təzyiq göstərməklə zərər verdiyi bildirilir. Bu fikri ABŞ Silahlı Qüvvələrinin Avropadakı sabiq baş komandanı Ben Hodges səsləndirib. Onun sözlərini Obozrevatel.ua yayıb.
Hodcesin sözlərinə görə, Tramp diplomatik səylərinin “uğursuzluğa məhkum olduğunu” dərk etməyənədək Ukraynadakı böhran davam edəcək.
Sabiq baş komandan hesab edir ki, münaqişə yalnız diplomatik vasitələrlə başa çatmayacaq, çünki Trampın faktlara marağı yoxdur.
Hodces bildirib ki, respublikaçı siyasətçi Ukrayna münaqişəsinin səbəbləri ilə heç vaxt maraqlanmayıb və Rusiya Prezidenti Vladimir Putini xüsusi hərbi əməliyyatın başlanmasına görə heç vaxt məsuliyyətə cəlb etməyib. Onun sözlərinə görə, Tramp təzyiqi yalnız Ukrayna tərəfinə göstərib.

