The Guardian-a müsahibəsində Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Kiyev ABŞ-dan 27 “Patriot” hava hücumundan müdafiə sistemi sifariş etməyi planlaşdırır.
Onun sözlərinə görə, sistemlər istehsal olunana qədər Ukrayna Avropa müttəfiqlərindən onları müvəqqəti icarəyə götürmək imkanını nəzərdən keçirir.
Zelenski qeyd edib ki, Ukrayna hava məkanının müdafiəsi üçün müttəfiqlərlə sıx əməkdaşlıq edir, lakin proses irəliləməkdə çətinlik çəkir. O, Britaniya və digər ölkələrin Ukraynaya qırıcı təyyarələr göndərmək istəməməsindən də narazılığını ifadə edib.

